• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Uşağını evdə tək qoyan valideynlər cəzalanacaq - Azərbaycanda

Uşağını evdə tək qoyan valideynlər cəzalanacaq - Azərbaycanda
25.12.2013 17:35

“Valideynlərin məsuliyyətə cəlb olunması məqsədilə həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin ediləcəyi gözlənilir”.

Bunu virtualaz.org saytına açıqlamasında Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev bildirib.

Hüquq müdafiəçisi dedi ki, valideyn məsuliyyətini tənzimləyən qanunvericilikdə dəyişikliklə bağlı müzakirələr aparılıb. Nəhayət, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təkliflər hazırlayıb: “Bizim təşkilat daha çox inzibatı məsuliyyətin tərəfdarıdır. Uşaqlarını dilənməyə məcbur edən, təhsildən yayındıran, zorakılıq edən valideynlər qanun qarşısında cavab verməlidir”F.

N.Quliyev qeyd etdi ki, komitənin təklifləri arasında azyaşlı övladını nəzarətsiz qoyan valideynlərin də məsuliyyətə cəlb edilməsi var: “Araşdırmalar göstərir ki, bədbəxt hadisələr nəticəsində baş verən uşaq ölümlərinin əksəriyyəti valideyn məsuliyyətsizliyindən, nəzarətsizliyindən olub. Buna görə də yeni təkliflərdə evdə uşağını tək qoyan valideynlərlə bağlı cəza tədbirləri nəzərdə tutulub”.

QHT-lərin təklifləri sırasında valideynlərə qarşı tətbiq edilən cərimələrin artırılması da var. Hüquq müdafiəçiləri xüsusilə övladını dilənçiliyə məcbur edən valideynlərin yüksək məbləğdə cərimələnməsini təklif edirlər.

Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyi (AUB) də valideyn məsuliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsini təklif edib.

AUB sədri Kəmalə Ağazadə virtualaz.org saytına bildirdi ki, sığınacağa yerləşdirilən və küçə uşaqları arasında aparılan sorğularda dilənən və küçədə gecələyən uşaqların 60 faizinin hər iki valideyninin sağ olduğu məlum olub: “Uşaqlara qarşı zorakılıq faktları artıb. Azyaşlıların əksəriyyəti internet klublarında, barlarda gün keçirirlər. Nətisədə cinsi zorakılıq, qanla nəticələnən davalar, narkotikə alidəçilik yaranır. Buna görə də valideyn məsuliyyətini tənzimləyən qanunvericiliyin həyata keçirilməsinə nəzarət gücləndirilməlidir”. 

Virtualaz.org   

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda ev yanıb
Cəmiyyət 09:00
Bakıda ev yanıb
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Cəmiyyət 23:57
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - Video
Tərtərdə məktəb binası yanıb
Cəmiyyət 22:58
Tərtərdə məktəb binası yanıb
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol