Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılır? - Açıqlama

11:08 | 19.11.2013
Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılır? - Açıqlama

Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılır? - Açıqlama

Təhsil Nazirliyindən “uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması ilə bağlı nazirlik tərəfindən hər hansı bir təklif irəli sürülübmü” sualına aydınlıq gətirilib.

Nazirlikdən ANN.Az-a verilən məlumata görə, qeyd olunan məqsədlə Təhsil Nazirliyi tərəfindən təklif irəli sürülməyib: “Hazırda əsas hədəflərdən biri məktəbəqədər müəssisələrdə çalışan pedaqoji kadrların uşaqlarla iş sahəsində səriştəlilik və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsindən ibarətdir”.

 

Qeyd edək ki, uşaq bağçaları hazırda icra hakimiyyətlərinin tabeliyində olsalar da, onlarla bağlı tədris materialları Təhsil Nazirliyi tərəfindən hazırlanır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb