İlkin ehtimallara görə, uşaqlar qida məhsullarından zəhərlənibErmənistanda uşaq bağçasında kütləvi zəhərlənmə olub. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Eqvard şəhərində qeydə alınıb. Nəticədə 13 uşaq yerli xəstəxanaya, daha 2 uşaq isə İrəvandakı xəstəxanaya yerləşdirilib. Zəhərlənən uşaqların vəziyyəti orta ağır kimi qiymətləndirilir. İlkin ehtimallara görə, uşaqlar qida məhsullarından zəhərlənib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !