"Üç yaşımdan qardaş-bacımla uşaq evində böyümüşük. Bunu heç vaxt gizlətməmişəm".
Hiss bildirib ki, uşaq evindən çıxan uğurlu gənclərimiz də var, təəssüf ki, intihar edənlər, pis yola, həbsə düşənlər daha çoxdur:
"Mən o qardaş-bacılarıma örnək ola bilərəm ki, yanınızda heç kim olmadan da istədiyiniz yerə gedib çıxa bilərsiniz. Özünüzə inanın. Sizə ailə lazım deyil. Nə ailə?"
Müğənni 15 yaşında "Sən bir nəğməsən” yarışmasında oxuduğunu deyib: "Orada uşaq evindən olan uşaqlar var idi. Başqa uşaqlar kotleti salfetə bükürdü, deyirdim, sən niyə elə edirsən? Deyirdi ki, qardaşıma aparıram. Qayıdanda maşında çıxarırdı, iyləyirdi, təzədən qoyurdu yerinə. Düşünürdüm ki, dəlidir.
İndi düşünürəm ki, ət görmürdü axı, yazıq neyləsin? Uşaq evində qida, geyim çatışmazlıqları var idi. Aparırdılar öz yetimçələrinə - üzr istəyirəm, uşaqlarına. İnsan kimi insanlar var idi, lakin çoxu görməmiş idi. Həmin müəllimlər də görməyib. Nə var aparırdılar - elə bil ayıdırlar, qışa tədarük görürlər. Özlərinin də dünyagörüşü yoxdur, görməmişdirlər”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !