Uşaq interneti yaradılacaq

17:00 | 22.11.2013
Uşaq interneti yaradılacaq

Uşaq interneti yaradılacaq

Rusiyada uşaqlar üçün ixtisaslaşdırılmış rusdilli internet-zona – “.ДЕТИ” yaradılacaq. Bu haqda Milli Domen Şəbəkəsi Koordinasiya Mərkəzinin direktoru Andrey Kolesnikov  "Runet Mükafatı"nın təqdim edilməsi mərasimində deyib."Noyabrın 20-də “.ДЕТИ” domeni haqqında “ICANN (internetdə domen adların və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers)” ilə müqavilə imzalanıb. Beləliklə, daha bir kiril domenimiz olacaq. Bu domendə uşaqlar üçün maraqlı layihələr inkişaf etdiriləcək" – Kolesnikov qeyd edib.“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yeni domen zonası Runetdə ilin sonunda işə salınmalıdır, orada saytlar yaratmaq mümkün olacaq. Kolesnikov əvvəllər qeyd etdiyi kimi, bu, uşaq internetinə yeni yanaşma olacaq, çünki yeni domen zonasında internetin azyaşlı istifadəçiləri üçün yalnız maraqlı, faydalı və təhlükəsiz saytlar fəaliyyət göstərəcək".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM