Avropa İnsan Haqları Məhkəməsi İtaliyada uşaqlarının analarının soyadını daşıya biləcəyinə imkan verən qərar qəbul edib.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, bu qərar İtaliyada müsbət qarşılanıb.Qeyd edək ki, Milanda yaşayan Alessandra Cusan - Luigi Fazzo cütlüyü 1999-cu ildə doğulan qızları Maddalenaya anasının qızlıq soyadını vermək istəyi ilə aidiyyatı orqanlara müraciət etmişdi. Bu istəkləri rədd edilən italyan cütlük bu məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə qədər gedib çıxdı. Adı çəkilən qurum isə onların istəyini müzakirə edərək müsbət qərar verdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !