Uşaqlara göstərilməsi vacib olan 5 sadə TƏCRÜBƏ

11:00 | 18.04.2015
Uşaqlara göstərilməsi vacib olan 5 sadə TƏCRÜBƏ

Uşaqlara göstərilməsi vacib olan 5 sadə TƏCRÜBƏ

Çox sadə təcrübələr var ki, uşaqlar onu asanlıqla yadda saxlaya bilir. Uşaqlar bunun niyə baş verdiyini anlamaya bilər, amma zaman keçəcək və onlar fizika və kimya dərslərinə başlayandan sonra dərhal keçirdikləri təcrübəni anlayacaqlar. 
Oda davamlı şar
 
Lazımdır: 2 şar,  şam, kibrit və su. 


Təcrübə: şarı şişirdin və onu yanan kibritin altında tutun ki, şarın alovdan partlayacağını görsünlər. Bundan sonra şarı su ilə doldurun və alova doğru tutun. Uşaqlar görəcək ki, şar partlamır.
  
İzahat: Şarın içərəsində olan su, alovun istisinin qarşısını alır. Buna görə də şar yanmayacaq və partlamayacaq.  


Gül Kələmi 






Lazımdır: 4 stakan su,  rəng tozları, kələm yarpaqları və ya ağ gül rəngli 

Təcrübə: Stakanlara rəng tozları tökün,  su əlavə edin və ora kələm yarpağı və ya ağ güllər qoyun. Bir gecə gözləyin və səhər stakanlardakı kələmlərin və ya güllərin rəngləndiyini görəcəksiz. 

İzahat: Bitkilər rəngli suyu canına çəkir və buna görə rənglənir. Bu kapilyar effektə görə olur. Suyun özü, bu proses zamanı bitkinin tərkibində olan boş yerlərə sovrulur. Bütün güllər, ağaclar, bitkilər məhz bu cür qidalanır. Rəngli suyu içdiklərindən öz rəngləri də dəyişir. 


Üzən yumurta 


Lazımdır: 2 yumurta, 2 stakan su və duz 

Təcrübə: Yumurtanı adi təmiz suyula dolu stakanın içinə qoyun. Gözlənildiyi kimi o dibə çökəcək (əgər çökməsə demək, yumurta xarab olub və onu soyuducuya qoymaq olmaz). İkinci stakana isti su tökün və onun üzərinə 4-5 qaşıq duz tökün. Təcrübənin təmizliyi üçün suyun durulmasını gözləyin. Daha sonra suya ikinci yumurtanı atın. O suyun üzərində üzməyə başlayacaq. 

İzahat: Burada bütün məsələ sıxlıqdadır. Yumurtanın orta sıxlığı, adi suyun sıxlığından daha böyük olduğundan yumurta dibə çökür. Duzlu suyun sıxlığı isə yumurtanın sıxlığından daha çox olduğu üçün yumurta suyun üzərində qalır. 


Kristal şəkərlər 



Lazımdır: 2 stakan su, 5 stakan şəkər tozu, taxdadan hazırlanmış kiçik-kabab şişləri, qalın qabıqlı kağız, şəffaf stakanlar, tava  və rəngli tozlar  


Təcrübə: Stakanın dördə birində olan su ilə, bir neçə xörək qaşığı şəkər tozunu bişirin.Kağızın üzərinə bir az şəkər tozu tökün. Bundan sonra şişləri şəkər suyuna batırın və kağız üzərindəki şəkər tozuna toxundurun. Daha sonra onlara eyni miqadarda şəkər tozu yapışdığına diqqət edin. 

Şişlərin quruması üçün bir gün gözləyin. Səhər, 2 stakan su ilə 5 stakan şəkər tozunu qaynadın. Siropun quruması üçün 15 dəqiqə bəs edir, əks halda kristallar yaranmayacaq. Daha onları bankalara yığın və içinə rənglər tökün. Hazır şişləri bankaya elə yerləşdirin ki, onlar bankanın divarlarına toxunmasın (bunun üçün şpilkalardan istifadə edin). Bundan sonra şişlərin ucundakı kristalların rənglənməsini gözləmək və daha sonra bu şirinquşu yemək qalır. 

İzahat: Suyun soyuması ilə suya qarışmış şəkər tozu dibə çökür və bankanın divarları və sizin şişlərin ucunda qalır. 


Yanan kibrit


Lazımdır: Kibrit və fonar 

Təcrübə: Kibriti yandırın və divardan 10-15 sm kənar tutun. Divarda yalnız kibriti və öz əlinizi görəcəksiz. 

İzahat:  Alov kölgə yaratmır çünki içindən işığın keçməsinə mane olmur. 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti