Uşaqlarını baxçalara göndərən valideynlərin NƏZƏRİNƏ!

15:53 | 18.12.2013
Uşaqlarını baxçalara göndərən valideynlərin NƏZƏRİNƏ!

Uşaqlarını baxçalara göndərən valideynlərin NƏZƏRİNƏ!

 Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.Komitədən  verilən məlumata görə, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi,4a ünvanında yerləşən 309 nömrəli, Səbail rayonu, Xanlar küçəsi,32 ünvanında yerləşən 157 nömrəli, Binəqədi rayonu, Atatürk prospekti,37 ünvanında yerləşən 215 nömrəli körpələr evi-uşaq bağçasında aparılan araşdırmalar nəticəsində bağçalarda «Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı»nın (AZS 747-2013) tələbləri pozularaq, müvafiq qaydada təsdiq olunmuş menyunun mövcud olmadığı, yeməklərin texnoloji normalar və resepturalar olmadan, sanitariya və gigiyena qaydalarına əməl olunmadan hazırlandığı aşkar edilib. Bundan başqa, müəssisələrdə dövlət standartında nəzərdə tutulan istehsalat sahələri, ərzaq xammalı və qida məhsullarının brakeraj jurnalı mövcud deyil, verilməsi nəzərdə tutulan yeməklərin ekspertizası məqsədilə nümunələr götürülmür. Xətai rayonu, M.Hadi,62 ünvanında yerləşən 55 saylı körpələr evi-uşaq bağçasında keçirilən dövlət nəzarəti nəticəsində də standartaın tələblərinə riayət olunmadığı məlum olub. Belə ki, müəssisənin anbarında və soyuducularda ərzaq məhsulları mal qonşuluğu qaydalarına və temperatur rejiminə düzgün əməl olunmadan saxlanılır, o cümlədən anbarda bir neçə gəmiricilərin yuvasının olduğu, markalanma nişanı olmayan un kisəsinin içərisində unun zərərvericilərə yoluxması, kiçik mətbəxdə vaxtı keçmiş süd məhsulunun olduğu aşkar edilib. Bundan başqa müəssisənin tibb işçisinin  verilən yeməklərin kalorilik, zülal, yağ və karbohidratlarının miqdarını hesablamadığı, yeməklərdən nümunə götürülmədən uşaqlara verildiyi müşahidə edilib. Müəssisədə aşkarlanan yararsız halda olan məhsullar aktlaşdırılıb, müəssisə rəhbərlərinə tələbnamə və iradnamə verilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM