Uşaqların daha çox qana ehtiyac duyduğu rayonlar - SİYAHI

20:13 | 21.11.2013
Uşaqların daha çox qana ehtiyac duyduğu rayonlar - SİYAHI

Uşaqların daha çox qana ehtiyac duyduğu rayonlar - SİYAHI

Azərbaycanda uşaqların daha çox qana ehtiyac duyduğu rayonların adları açıqlanıb.Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva APA-ya açıqlamasında deyib ki, qana daha çox talassemiyalı xəstələrin tələbatı olur. Qanın bütün növ xəstəliklərin müalicəsində istifadə olunduğunu deyən baş həkim qeyd edib ki, mütəmadi olaraq talassemiyalı uşaqlara qan vurulur. P.Hacıyeva bildirib ki, hazırda ölkə üzrə talassemiya xəstəsi olaraq Mərkəzi Qan Bankından qan alan uşaqların sayı 1400-ə yaxındır: “Paytaxt Bakıda isə talassemiyalı uşaqların sayı 820 nəfər təşkil edir. Bölgələrə gəlincə, qana daha çox ehtiyacı olan talassemiyalı xəstə Şəki, Qəbələ, Zaqatala bölgəsində yaşayır. Əgər ölkə üzrə 1400-ə yaxın talassemiyalı uşaq  varsa, bunun 250-300-ü Şəki, Qəbələ, Zaqatala, Balakən zonasının payına düşür. Bundan sonrakı yerlərdə Şirvan, Gəncə, Ağstafa, Lənkəran kimi rayonlar dayanır. Ən az xəstə isə Quba-Xaçmaz zonasındadır ki, burada uzağı talassemiyadan əziyyət çəkən 5 xəstə uşaq ola bilər”. P.Hacıyeva vurğulayıb ki, regionlarda Mərkəzi Qan Bankının 8 bölməsi fəaliyyət göstərir və qan köçürmə ilə məşğul olurlar. Onun sözlərinə görə, hazırda Şəki, Şirvan və Gəncə bölgəsində ehtiyacı olan uşaqlara qan vurdurmaq mümkündür: “Gələn il belə uşaqlara bütün bölmələrdə xidmət göstərilməsi nəzərdə tutulur”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb