Uşaq yaşlarından beynin inkişafı üşün bəzi maddələr və vitaminlərin qəbulu labüddür. Bəs bu faydalı mineralları hansı mhsullarla daha rahat şəkildə qəbul etmək olar?
ANS PRESS uşaq beyninin inkişafını dəstəkləyən 8 məhsulu təqdim edir:
Yumurta
Yumurta kimi yüksək dərəcədə proteinlə zəngin qida beynin konsentrasiyasını artırır.
Onun sarısındakı B vitamin qrupu xüsusilə uşaqların, körpələrin sinir sisteminin inkişafına bir başa təsir edir.
Qatıq
Yağ beyin sağlamlığı üçün çox lazımlı məhsuldur. Xüsusilə tam yağlı qatıq beynin fəallığını artırı, hüceyrələrin yenilənməsinə kömək edir.
Yaşıllıq
İspanaq, kələm beynin fəaliyyətini yaxşılaşdırmaqla yanaşı, həm də sağlam həyatın bir parçasıdır. Vaxtından öncə yaşlanma əlamətlərinin qarşısını alır, hüceyrələri yeniləyir.
Balıq
Balıq Omega 3, D vitamini mənbəyidir. Uşaqda yaddaş pozulmasına qarşı mübarizə aparır. Büyüməyə, boyun uzanmasına, görmə qabiliyyətinin möhkəmlənməsinə kömək edir.
Ət
İşləmiş qidalardan uzaq durun. Təbii şəkildə bişirilən ən ən gözəl vitamin qaynağı olmaqla yanaşı beynin qan dövranını sürətləndirir, zehni açıq tutur, diqqətin yayınmasının qarşısını alır.
Çərəz
Protein, yağ asitləri, vitamin və minerallarla dolu olan fındıq, qoz, fıstıq,badam sinir sistemini möhkəmləndirir.
Yulaf əzməsi
Protein və liflə zəngin olan yulaf beyindən başqa ürəyin də ən yaxşı qoruyucusudr. Araşdırmalar yulaf yeyən uşaqların akademik bacarıqlarının daha yaxşı olduğunu üzə çıxarıb.
Alma və alça
Uşağınız özünü halsız hiss edir vədaima şirniyyat yemək istəyirsə ona alma və alça verin. Mövsümündə istifadə edilən bu meyvələr güclü antioksidan təsirə malikdirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !