USB adapter qadını öldürdü

13:59 | 28.06.2014
USB adapter qadını öldürdü

USB adapter qadını öldürdü

Avstraliyada ucuz bir USB adapter istifadə edən qadın elektrik vurması nəticəsində dünyasını dəyişib.ANS PRESS-in məlumatına görə, Filippin əslli 28 yaşlı Şeril Ann Aldeqer adlı qadın Avstraliyanın cənub-şərqində yerləşən Qosford şəhərindəki evində ölü tapılıb.İlkin baxış zamanı qadının üzərində qulaqlıq və əllərində dizüstü kompüter aşkar edilib. Polis qadının sinəsində və qulaqlarında yanıq izlərinə rast gəlib. Şerilin telefonla danışarkən elektrik vurması nəticəsində öldüyü güman edilir. Telefon USB kabellə elektrik qidalandırıcısına taxılı vəziyyətdə imiş. Eyni zamanda yanaşı olan elektrik yuvasının digərinə kompüterin “şnuru” taxılıbmış.Dostları Şerilin həmin USB-kabeli Sidneydəki mobil cihazlar bazarından 4,95 dollar aldığını bildiriblər. İndi mağaza sahibləri 875 min dollar pul cəzası ilə iki il həbs cəzası ala bilər.Şeril Avstraliyada elektrik qidalandırıcısından ölən ilk adamdır. Bundan əvvəl isə oxşar hadisə Çində yaşanmışdıANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM