Qayğısız, dərdsiz-sərsiz uşaq dünyasının rəngarəng olması onların əyləncələrinin təşkilindən başlayır. Son vaxtlar paytaxtda, yaxud ölkənin digər şəhər və rayon mərkəzlərində uşaqlar üçün ayrıca parklar salınır, karusellər, yelləncəklər quraşdırılır. Qeyd edək ki, bu uşaq meydançalarının təşkil olunması üçün hər il yerli icra hakimiyyəti strukturu üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Yəni, körpələrimiz üçün bu istirahət guşələri dövlətin büdcəsindən, xalqın pulu ilə inşa edilir.
ANN.Az paytaxtdakı uşaq meydançalarının vəziyyətini öyrənmək məqsədilə fotosessiya hazırlayıb. Həmin fotosessiyanı təqdim edirik. Atalar demişkən, görünən kəndə nə bələdçi? Avtomobillərin dayanacağına çevrilmiş, sınıq-salxaq yelləncəkləri, pas atmış karusellər, alaq basmış uşaq meydançaları... Bir sözlə, elə ilk baxışdan kədər yağan bu uşaq meydançaları körpə səsinə həsrət qalmış və dərddən yaşlanmış qadına bənzəyir...
Müəllif: Fərqanə Novruzova
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !