Anews.az "Report"a istinadən xəbər verir ki, şirkətin 13 nəfər işçisi narahatlıq hiss edib, onlarda baş gicəllənməsi, ürək bulanması halları qeydə alınıb.
İşçilər "Unikal” klinikasına müayinəyə göndərilib. Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Həmin ərazidə çalışan digər şirkətlərin işçilərinin səhhətində heç bir problem yoxdur.
Məlumata görə, həmin ərazidə olan zavodlarda qaz sızması aşkarlanmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !