Usubov və Patruşev Paktı

19:30 | 21.11.2019
Usubov və Patruşev Paktı

Usubov və Patruşev Paktı

Azərbaycan və Rusiya Təhlükəsizlik şuraları arasında 2020-2021-ci illər üçün Əməkdaşlıq Planı imzalanıb.

İnterfax.az bildirir ki, sənədi hər iki ölkənin Təhlükəsizlik şuralarının katibləri Ramil Usubov və Nikolay Patruşev imzalayıblar.
Əməkdaşlıq Planı MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin noyabrın 20-də Moskvada keçirilən 7-ci görüşü çərçivəsində imzalanıb.
Virtualaz.org xatırladır ki, 2019-cu ilin sentyabr ayında Usubov və Patruşev Bakıda təhlükəsizlik mövzusunda məsləhətləşmələr aparmışdılar. Həmin görüşdə Usubov Azərbaycan və Rusiyanın ekstremizm və separatizmi təbliğ edən radikalların fəaliyyətini üzə çıxarmaq və qarşısını aılmaq üçün tədbirlərin gücləndirilməsinin vacibliyini qeyd etmişdi.

Öz növbəsində, Patruşev qeyd etmişdi ki, "Rusiya Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə həmişə böyük əhəmiyyət verir".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb