Uğurun istiqaməti – Müsahibə

11:55 | 09.04.2015
Uğurun istiqaməti – Müsahibə

Uğurun istiqaməti – Müsahibə

Lalə Bağırzadə  

Bu günlərdə "Günay” Uşaq Teatr Studiyası martın 25-28 aralığında Belarusda keçirilən 3-cü Minsk Beynəlxalq Uşaq Teatr Forumu olan «Шаги»dən çoxlu diplomlarla geri dönüblər. Qeyd edək ki, balaca aktiyorların qazandığı mükafatların sayı üçdür. Bu isə onların artıq beynəlxalq arenada kifayət qədər tanındığına sübutdur. Onların uğuru bu günlərdə Bakıda qeyd olunan beynəlxalq teatr günü üçün də əla hədiyyə oldu.

Bu iki xoş hadisə münasibəti ilə bağlı teatr işçilərinin birliyinin üzvü, beynəlxalq teatr gününün bədii rəhbəri Larisa Tarusova ilə görüşdük.


- Larisa Viktorovna, bu günlərdə "Günay” Uşaq Teatr Studiyasının 12 yaşı tamam oldu. Minskdə qazandığınız uğur və ad günü münasibəti ilə sizi təbrik edirik. Uşaq Teatr Forumunda Münsiflər Heyətinin üzvü olaraq nə etdiniz?  

- Təbrik üçün çox sağ olun! Qeyd edim ki, bu il bizim 15 nəfərlik truppamız Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettasını çox uğurla səhnəyə qoydu. Forumun idarə heyəti 1, 2 və 3-cü yerlərin hamısını bizim aktyorlara verdi. Bu forumda Rusiya, Belarus, Litva, Latviya və Estoniyadan olan kollektivlər iştirak edirdi.  

«Ən yaxşı aktyor dueti» nümayişində Vəli, Telli, Eldar Litver və Leyla Yusubova diplom qazandı. "Ən yaxşı səhnə oyunu və oyunu yaşamaq” nominasiyasında ən yaxşı aktyor kimi Sultanbeyin ifaçısı Lalə Rzayeva oldu. Və ən nəhayət "sənətə özünü həsr etmiş və klassik milli rolların ifasına” görə bütün kollektiv yer tutdu.  


- Bu son 12 il ərzində teartın çoxlu prestijli uğurları olub. Bu truppanı yığarkən heç ağlınıza gəldimi ki, gün gələcək və bu kollektiv beynəlxalq yarışmada yer qazanacaq?

- Əlbəttə ki, yox. 2003-cü ildə mən sadəcə istədim ki, uşaqlara teatrın sirrini, aktyorluq bacarıqlarını artırmaq üçün bir qrup yaradım. Bununla onlara özlərini fərqli siferalar sınamağa və lazımi istiqamətdə irəliləmək üçün şərait yaradıldı. İlk başlarda çox kiçik şeylərdən başladıq, amma zaman keçdikcə uşaqların istedadı ortaya çıxdı və sonunda bizim kifayət qədər ciddi turppamız və maraqlı repertuarımız formalaşdı.

- Yeri gəlmişkən, hansı janrlara üstünlük verirsiniz?

- Biz bütün janrlar üzrə tamaşalar hazırlayırıq. Bizim repertuarımızda nağıllar, həm milli, həm rus, həm də xarici klassika var. Yeri gəlmişkən biz, qəhrəman-vətənpərvərlik ruhunda olan "Xocalı” tamaşasını da göstəririk. Bu tamaşaya görə "Qafqaz-Media”  İctimai Birliyi bizi diplomla təltif edib. Daha dəqiq desək, əsas diqqəti aktyorların mənəvi formalaşmasına veririk.  Hazırda bizim uşaqlar eyni uğurla Nizamini, Puşkini, Üzeyir Hacıbəylini, Qofmanı, Yesenini, Şekspri, Mirzə Fətəli Axundzadəni oynayırlar. Bizim dramaturgiya kifayət qədər müxtəlif və beynəlmiləldir.


- Uşaq teatrı olmasına baxmayaraq, onlar artıq bir xeyli ölkəni - Rusiya, Türkiyə, Fransa, Bolqarıstan, Polşa, Macarıstan və s. gəzə bilib. Sizin uşaqlar dəfələrlə yarışmaların qalibi olub. Deyə bilərsinizmi, siz nə zaman "Günay” teatrının artıq formalaşmış kollektiv olduğunu anlamağa başladınız?

- Bu hadisə 2003-cü ildə biz Bakıda keçirilən ümumrespublika festivalında çıxış edərkən baş verib. Bizim teatra tamaşaçılar və təşkilatçılar tərəfindən göstərilən maraq bizi əmin etdi ki, daha xaricdə də uğur qazana bilərik.

- Bu gün öyrəndim ki, "Günay” Teatr Studiyasının yaşı onun bəzi aktyorlarından çoxdu. Sizin teatra qəbul olmaq üçün hər hansısa yaş məhdudiyyəti  varmı?

- Bəli, var. Amma bizdə elələri də var ki, məktəb yaşı keçib, amma teatrdan ayrıla bilmədikləri üçün oynayırlar. Biz, adətən, məktəb yaşına çatmış uşaqları götürürük, lakin bəzi istisnalar da olur. Belə ki, uşağın artistizmi o qədər güclü ola bilir ki, biz onu qəbul edirik. Hazırda bizim teatrda oynayan aktorların yaşı 5-19 arasıdır.  

- Əgər onlar sizin teatrı tərk etmək istəmirlərsə, bu sizin təkcə tamaşaçılar arasında deyil, həddi-buluğa çatmışlar arasında da məşhurluğunuzdan irəli gəlir?

- Təbii ki, uşaqlar bizə böyük həvəslə qoşulduğu üçün biz də böyük səylə çalışırıq. Onlar bizi ruhlandırır. Mənim üçün böyütdüyümüz aktyorların,  bir zaman böyüyüb məşhur olması o qədər vacib deyil. Amma biz bilirik ki, bu gələcəkdə məşhur olmaq da istisna deyil. Mümkündür ki, onlardan kimsə aktyorluğu seçəcək digəri isə başqa peşəni. Önəmli olan başqa məsələdir. İstəyirik ki, bizim mənəvi formalaşdırdığımız bu uşaqların zərif, həssas həyatı incəsənət dünyası ilə sıx təmasda olsun.  Bundan başqa, axı bütün uşaqların ən böyük ehtiyaclarından biri yaşlı insanların diqqətini özünün bacarığına çəkməkdir. O, diqqət mərkəzində olmaq, dünyada ona ehtiyacın olduğunu hiss etmək istəyir.  Hazırda "Günay” Teatr Studiyası bir çox tədbirlərdə iştirak edir və hər il ölkə paytaxtının mədəni həyatını daha da zənginləşdirir. Teatr öz tərkibini daima yeniləyir.

Bax, beləcə bizim uşaqlar hiss olunmadan bu istiqamətdə inkişaf edir, yerlərini bir başqasına verir. Biz "Günay” Teatr Studiyasından uğurlarının davamını gözləyirik.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM