Uxanda hərbi vəziyyət tətbiq olunub

14:49 | 04.02.2020
Uxanda hərbi vəziyyət tətbiq olunub

Uxanda hərbi vəziyyət tətbiq olunub

Yeni tip ölümcül koronavirusun yayılmasının episentri olan Çinin Uxan şəhərində faktiki olaraq hərbi vəziyyətdir.

TASS-ın məlumatına görə, bu barədə Rusiyanın Çindəki səfiri Andrey Denisov bəyan edib.

"Orada faktiki olaraq hərbi vəziyyət tətbiq olunub. Bizim uşaqlar evdə qalırlar”, - deyə o, Pekində mətbuat konfransında bəyan edib. Diplomatik missiyanın rəhbəri vurğulayıb ki, Uxanda vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, koronavirusla əlaqədar olaraq Rusiya Çinlə sərnişin qatarlarının hərəkətini dayandırıb, aviauçuşlar isə qismən ləğv edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM