Uyğurlara görə İstanbulda Tayland konsulluğuna hücum

19:38 | 10.07.2015
Uyğurlara görə İstanbulda Tayland konsulluğuna hücum

Uyğurlara görə İstanbulda Tayland konsulluğuna hücum


Türkiyəli etirazçılar İstanbulda Tayland konsulluğuna hücum ediblər. Onlar 100-ə yaxın uyğurun Çinə deportasiya edilməsinə etiraz edirlər.

Tayland rəsmiləri deyir ki, etirazçılar binaya çərşənbə gecəsi hücum edib. Heç kimsənin yaralanmadığı bildirilir. Türkiyə mediası xəbər verir ki, etirazçılar konsulluğun şüşələrini sındırıb.

İnsan haqları qrupları deportasiyaları pisləyib və Çində uyğurların təqibə məruz qaldığını deyiblər.

Uyğurlara qarşı Çindəki diskriminasiya Türkiyədə qəzəbə səbəb olub.

Çin isə deyir ki, müsəlmanların inanc azadlığına hörmətlə yanaşır.
Tayland dövləti Türkiyədə yaşayan taylandlılara ictimai yerlərdə milli bayraqlarını göstərməməyi, etiraz məkanlarından uzaq durmağı və uyğurlar məsələsilə bağlı türklərlə mübahisəyə girməməyi tövsiyyə edib.

Uyğurlar kimdir?

Uyğurlar türk müsəlmanlardır.

Onlar Sincan əyalətində əhalinin 45 faizini təşkil edir; əhalinin 40 faizi Han çinliləridir.

Çin 1949-cu ildə Şərqi Türküstan dövləti dağıdaraq, burada nəzarəti yenidən ələ alıb.

O zamandan bəri, Han Çinləri bura köçməyə başlayıb və uyğurlar mədəniyyətlərinin aşınmaya məruz qalacağından ehtiyat edir.

Sincan Çində rəsmən muxtar region kimi tanınır. /BBC Azeri
 







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM