Uzun müddət məktəbdən kənarda qalmış şəxslər yenidən təhsil ala biləcək

15:20 | 03.07.2015
Uzun müddət məktəbdən kənarda qalmış şəxslər yenidən təhsil ala biləcək

Uzun müddət məktəbdən kənarda qalmış şəxslər yenidən təhsil ala biləcək

 Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmr imzalayıb. 

"Report" xəbər verir ki, əmrin imzalanmasında məqsəd uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etməkdir.

Əmrə əsasən, tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri bilik və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq olunur.
Eyni zamanda, tədris planı üzrə dərslər həftədə 4 (dörd) gün təşkil edilir. Dərs məşğələlərinin müddəti isə 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur. Həmçinin fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM