ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda həmin subyektlərlə bağlı cinayət işi açılıb.Təhlükəsizlik Xidmətinin yaydığı məlumata əsasən, 2013-2014-cü illər ərzində "Lukoyl”un vəzifəli şəxsləri Feodosiya, Xerson, İsmail, Nikolaev və Odessa dəniz terminalları, həmçinin Ukraynanın qərb sərhədlərində yerləşən sərhəd buraxılış məntəqələri və Belorus sərhədi vasitəsi ilə dəyəri 2 milyard dollarla ölçülən 2 milyon tonluq neft qaçaqmalçılığı həyata keçiriblər. Eyni zamanda. əldə edilən vəsaitin qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası separatçılarının maliyyələşdirilməsinə sərf edildiyi bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !