Vahid Ələkbərovun oğlu Rusiyanın ən varlı varisidir

13:41 | 23.05.2019
Vahid Ələkbərovun oğlu Rusiyanın ən varlı varisidir

Vahid Ələkbərovun oğlu Rusiyanın ən varlı varisidir

"Forbes” jurnalı 2019-cu il üzrə Rusiyada ən varlı varislərin siyahısını açıqlayıb. 
Jurnalın rəsmi saytında dərc olunan reytinqə əsasən, "Lukoyl” kompaniyasının əslən azərbaycanlı prezidenti Vahid Ələkbərovun oğlu Yusif ardıcıl olaraq dördüncü dəfə siyahıya başçılıq edir.

Yusif 21,8 milyard dollarlıq mirasla Rusiyanın ən varlı varisi adını qazanıb.
Reytinqdə 20 ailədən 48 nümayəndə təmsil olunur. Reytinqdə adıçəkilən varislərin ümumi varidatı 238 milyard dollardır.
"Forbes” jurnalının hesablamasına görə, hazırda Rusiyada 103 milyarder mövcuddur.(oxu.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM