"Bahalaşma məmurlara sərf edir" - AÇIQLAMA

09:35 | 16.07.2019

"Bahalaşma məmurlara sərf edir" - AÇIQLAMA

 Bakı bazarlarında meyvə-tərəvəzin qiyməti od tutub yanır. Bahalaşma əsasən bir sıra meyvələrin, pomidor, qarpız kimi məhsulların satışında müşahidə olunur. Bəs görəsən qiymətlərin yayın ortasında belə kəllə çarxa şıxmasının səbəbi nədir? Anews.az olaraq məsələ ilə bağlı araşdırma apardıq.

Kənd Təsərrüfat Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirdi ki, ötən ilə nisbətən meyvə - tərəvəzin istehsalında artım var. Məsələn, bu il  26,7 faiz artıq  gilas  istehsal olunub. Sadəcə  yağıntıların çox olması ilə bağlı məhsulun kefiyyəti azalıb. Məhsul bol olsa da kefiyyətli məhsul keçən ilki qədər çox deyil. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə gilas ixracatı 30 faizə qədər artıb. Məhsulun Rusiya bazarlarına daha çox göndərilməsi də ona gətirib ki, fermer kefiyyətli məhsulu qapısından birbaşa xaricə ixrac edir. "Bazarda əslində kifayət qədər məhsul var. Sadəcə kefiyyətli məhsul azdır. Əslində bazarda hər qiymətə gilas tapmaq olar. 1 manatdan 7 manata qədər tapmaq olar. Bu zövq və kefiyyət məsələsidir", - deyə Vüqar Hüseynov vurğulayıb. 
 
Onun sözlərinə görə,  qiymətlər məkandan asılı olaraq dəyişir. Təzə bazarda bir, Keşlə  və "8 km" bazarında başqa qiymət ola bilər. "Kənd Təsərrüfatı Nazirliyi heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin formalaşmasında iştirak etmir. Sərbəst iqtisadiyyatdır. Fermer neçəyə satır, vasitəçi üstünə nə qədər qoyur sırf onlara aid məsələdir. Qiymətlərin niyə baha olmasını fermer, vasitəçi və satıçıdan soruşmaq lazımdır ki, niyə bu qədər var",yüksək qiymət artımı var", deya Hüseynov əlavə etdi. 
 
Onun fikrincə, pomidorun iyunda qiyməti çox ucuz idi. Birdən birə pomidorun bahalaşmasını araşdırmaq lazımdır. Hazırda Azərbaycanda hələ açıq sahə pomidorunun kütləvi yığımına başlanılmayıb. İndiyə qədər satılan məhsullar isə parnik məhsullarıdır. Açıq sahə pomidorların da yığılmasının gecikməsi iki amilkə bağlı ola bilər. Doğru vaxtda şitil əkilsəydi daha tez yetişərdi. Açıq sahələrə şiəillərin köçürülməsində gecikmə olduğuna görə kütləvi yığında da gecikmələr oldu. Yaxın günlərdə artıq kütləvi yığına başlanılacaq. Sahədə məhsul boldur. 10 günə yaxındır rayonlarda mütəmadi yağışlar yağır və məhsulu yığmaq üçün problemlər yaradır.

Qarpızın bahalaşmasını isə Rəhimov,   qarpız əkin sahələrinin azalması ilə izah etdi. "Əslində elə deyil. Statistikaya görə bu il əkin sahələrinin həcmi artıb. İndi satışa çıxarılan qarpızlar isə parnikdə yetişdirilən məhsullardır. Sahə qarpızları isə hələ yığılmayıb. Mövsum yeni başladığı üçün qiymətlərdə artım müşahidə olunur. Qarpızın sahələrdə indiki alış qiyməti  21-22 qəpikdir. Paytaxtda isə 35-40 bəzi yerlərdə 50 qəpiyə satılır. Qiymətlərin baha olmasını fermərdən, satıcıdan soruşmaq lazımdır. Əgər satıcı desə ki, maşına qoyuram, benzin pulu ödüyürəm. Hesablayanda yenə də bu qədər baha olması normal deyil".   
 
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov çıxışında qeyd edib ki, bazarda qiymətlərin kəskin şəkildə bahalaşması təklifin az olması ilə bağlıdır. İstehsal az olduğu halda qiymətlər yüksəlməyə məcburdur. İndiki şəraitdə kəndlilər də,  bu işlə məşğul olan sahibkarlar da çalışırlar ki, məhsulu xarab olmasın, qısa bir müddətdə satıb ondan gəlir əldə edə bilsin. Əgər məhsul bahadırsa deməli azdır. Məhsulun az olması isə sahibkarları narahat etmir, əksinə onlara imkan yaradır ki, məhsulu daha yüksək qiymətə təklif edə bilsinlər.  Çünki süni şəkildə ola bilməz ki, məhsulun qiymətində bu qədər artım olsun.

"Rayonlarda təklif olunan mal ilə Bakı şəhərində təklif olunan mal arasında fərq var. Böyük keyfiyyət fərqi var. Rayonlarda çalışırlar ki, ən keifyyətli məhsulu Bakıya göndərsinlər. Yada sahibkarlar rayona gedəndə yaxşı məhsulu baha alıb Bakı bazarında da baha qiymətə satır. Qiymətin aşağı olması kefiyyətin aşağı olması ilə bağlıdır.

İstehsalın nə qədər olması ilə bağlı isə rəqəmləri biz gələn il əldə edəcəyik. Təəssüflər olsun ki, nə Dövlət Statistika Komitəsi , nə də Kənd Təssərüfatı Nazirliyi belə operativ məlumat yaymır. Bazara çıxarılan məhsulun  uçotu getməlidir. Ölkədə 2001-ci ildən kənd təsərrüfatı məhsulları vergidən azad olunub və bunu ona görə ediblər ki, dəqiq statistika aparmasınlar. Bu da məmurlara sərf edir ki, statistik məlumatları şişirdirlər və hər il istehsalın artımını göstərirlər. Reallıqda isə vəziyyət bir az fərqlidir".

Ekspert həmçinin bildirir ki, bundan sonra bazarlarda qiymətlərin enməsi real deyil. Əksinə qiymətlərin daha da qalxmasının şahidi olacayıq. Nəzərə alsaq ki, minumum əmək haqqı artacaq bu da qiymətlərin bir az da qalxmasına stimul verəcək və biz digər məhsulların da qiymətlərində bahalaşmasını hiss edəcəyik.

Gülnar Nazimqızı
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb