Vahid Qazi İsveç Yazıçılar Birliyinə üzv oldu

10:30 | 09.12.2013
Vahid Qazi İsveç Yazıçılar Birliyinə üzv oldu

Vahid Qazi İsveç Yazıçılar Birliyinə üzv oldu

İsveçdə yaşayan yazar Vahid Qazi bu ölkədə Yazıçılar Birliyinə üzv olub. Dekabrın 9-da “Media forum” saytına danışan Vahid Qazi deyib ki, İsveç Yazıçılar Birliyi 4 aydan çox kitablarını və bloq yazılarını ekspertizadan keçirdikdən sonra onu üzvlüyə qəbul edib: “Gələn ilin yazında İsveç Yazıçılar Birliyi başqa dildə yazan üzvlərinin müsabiqəsini keçirəcək. İki ildən bir belə müsabiqə olur. Mən müsabiqəyə bir əsərimlə qoşulacam. Artıq həmin hekayəm İsveç dilinə tərcümə olunub”.Vahid Qazi 1968-ci ildə Ağdamda doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Ədalət”, “Azərbaycan” qəzetlərində, Prezident Administrasiyasında çalışıb. “III Sektor”, “Svobodnaya volya” jurnallarının naşiri, “Toplum” dərgisinin baş redaktoru olub.“Ruhlar şəhəri”, “Yaddaş ləpirləri. Demokratiya yazıları”, “Çamayra - Kuba dəftəri” kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb