Vaksin vurdurmayan tələbə dərsə buraxılacaq? - AÇIQLAMA

16:24 | 23.09.2021
Vaksin vurdurmayan tələbə dərsə buraxılacaq? - AÇIQLAMA

Vaksin vurdurmayan tələbə dərsə buraxılacaq? - AÇIQLAMA

"18 yaşdan yuxarı tələbələrin hamısının vaksinasiyadan keçməsi nəzərdə tutulub. Onlar vaksinasiyadan keçmədiyi halda təhsil müəssisələrinə buraxılmayacaqlar”.
 
Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə müdiri Nicat Məmmədli deyib. Şöbə müdiri bildirib ki, əyani tədrisin epidemioloji vəziyyət maksimum dərəcədə nəzərə alınmaqla həyata keçirilməsi planlaşdırılır:
 
"Eyni zamanda, həmin təhsil alanlar oktyabrın 1-nə qədər iki doza vaksin qəbul edəcəklərsə, bu o deməkdir ki, onlar ictimai nəqliyyatdan da istifadə edərkən ciddi problemlə üzləşməyəcəyik. Bütün bunlar hesablanıb. Ehtimal olunur ki, vaksinləşmə prosesi davam etdikcə, peyvənd vurdurmuş tələbələr təhsil müəssisələrinə gəldikdə belə, onlar yoluxma sayının artmasına təsir etməyəcək”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM