"Vaksinasiya kampaniyası xəstəliyin qarşısını almır, yayılmasına şərait yaradır"

21:50 | 26.08.2021

"Vaksinasiya kampaniyası xəstəliyin qarşısını almır, yayılmasına şərait yaradır"

Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən istifadə zamanı yaşı 18-dən yuxarı olan şəxslərdən COVID-19 pasportunun tələb edilməsi barədə qərar da adamların peyvənd məntəqələrinə axınını artırıb.
 
Bakının Xəzər rayonunda yerləşən Binə qəsəbəsindəki peyvəndləmə məntəqələrində vaksin vurdurmaq istəyən vətəndaşlar deyir ki, onlar saatlarla növbədə durur,  bir çox insan sosial məsafəni qorumur və maskadan istifadə etmir. Binə sakinləri peyvənd məntəqələrinin artırılmasını, eləcə də vaksin vurdurmaq  üçün növbələrin düzgün təşkil edilməsini istəyir. 
 

 
Azərbaycan Respublikasının vaksinasiya üzrə dövlət strategiyasına əsasən   hökumət  8 milyon əhaliyə vaksin vurdurmağı planlaşdırır.  24  avqust tarixinə isə 2,5 milyon əhaliyə vaksin vurulub. Bu isə bütün əhalinin 31% edir. Hesablamalar göstərir ki, günə 100 min adama vaksin vurulsa belə, insanlar ancaq 3-4 aya vaksinasiya oluna biləcək. 
 
Odur ki, ekspertlər hökumətə bu işi poliklinikalarda ən uğurlu vaksinasiya kompaniyası keçirdiyi sayılan İsraildəki kimi böyük idman sarayları, çadırlarda təşkil etməyi tövsiyyə edir.
 
Hazırladı: Ləman Qasımova

İSTİQAMƏT: 6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması.

QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 



 



 

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti