Azərbaycanda internetə nəzarət varmı? - AÇIQLAMA/ŞƏRH

17:30 | 20.09.2019
Azərbaycanda internetə nəzarət varmı? - AÇIQLAMA/ŞƏRH

Azərbaycanda internetə nəzarət varmı? - AÇIQLAMA/ŞƏRH

Bu günlərdə millət vəkili Rafael Hüseynov mətbuata açıqlamasında bildirib ki, internetə nəzarət mexanizmi yaradılmalıdır.

Anews.az xəbər verir ki, millət vəkili bunu onunla əsaslandırıb ki, intenetdəki zərərli informasiyalar uşaqların psixikasını pozur.

"Qanunla nəzarət edə bilmədiyimiz ayrı şəbəkə - internet var. İntenetdəki zərərli informasiyalar uşaqların psixikasını pozur, onlarda zərərli vərdişlər yaradır. İnformasiya, söz azadlığı olsun, amma ona nəzarət mexanizmi də olmalıdır”, - deyə millət vəkili bildirib.

Onun fikrincə, bu istiqamətdə çox düşünmək lazımdır.

"Demirəm ki, ciddi nəzarət mexanizmləri olsun. Amma nəzarət mexanizmləri olmalıdır ki, onun hesabına ən azından uşaqları qorumaq mümkün olsun”, - deyə millət vəkli fikrini bitirib.

Məsələni şərh edən hüquqşünas Ələsgər Məmmədli isə düşünür ki, Rafael Hüseynov ya bu məsələdən məlumatsızdır, ya da az məlumatl var.

Məmmədli deyir ki, bu gün Azərbaycanın təhsil müəssisələrində istifadə olunan internetə filtir tətbiq olunur.



"Bu məsələ əvvəlki nazirlərin də dönəmində gündəmə gəlmişdi, demişdilər ki, təhsil müəssisələrində istifadə edilən internetə filtir tətbiq olunur”, - deyə Ələsgər Məmmədli bildirib.

Hüquqşünas deyir ki, ailələrdə istifadə olunan internetə isə, ancaq ailələr özləri nəzarət edə bilərlər.

Onun fikrincə, bu, birbaşa nəzarətlə də ola bilər, filtirləməklə də.

"Yaxşı olar ki, uşaqların internetdən istifadə etdiyi məkanla, valideyinlərin evdə daha çox olduğu məkan eyni olsun. Tez-tez baxib, nəzarət edə bilsinlər ki, uşaqlar zərərli informasiyalarla qarşı-qarşıya qalmasınlar. Yox əgər valideyin bir ağıılı telefon alıb uşağa verirsə, onu da internetə qoşursa, burda hər hansısa nəzarətdən söhbət gedə bilməz. Bu, daha çox valideyin – övlad münasibətlərində qarşılıqlı etimaddan irəli gəlir”, - deyə Ələsgər Məmmədli bildirib.

2018-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Uşaqların internet təhlükəsizliyi" layihəsi çərçivəsində "Valideyn nəzarəti və internet təhlükəsizliyi" proqramı (kidsafe) yaradılıb.

Proqram Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən hazırlanıb.

Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edəcək. İcra edilən tədbirlər Hökumətin Uşaq Hüquqları haqqında Konvensiyaya dair hesabatında əks etdiriləcək. Sadalanan problemlərin aradan qaldırılması uşaqların inkişafına, təhsilinə təsir göstərəcək.

"www.kidsafe.az" proqramı 1000-dən çox pornoqrafik, ekstremist amillər, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası, tam formada qoruyucu funksiya ilə təmin olunub. Proqram istifadəçi tərəfindən spesifik filtrləmə funksiyasının yerinə yetirilmə imkanı da yaradır.
 
Proqramda uşağın istifadəsi zamanı "keylogger" sistemi işə düşərək istifadə etdiyi vebsaytlar, proqramlar və sözlər kimi istənilən məlumatlar qeyd edilərək valideynə ötürülür. Kompüterə uzaqdan vaxt limiti təyin etmək kimi funskiyası da yüksək formada çalışır. Sistemdə əlavə olaraq boş vaxt modulundan irəli gələrək bloq sistem də yaradılıb ki, onunla səhiyyə, psixoloji aspektlər, hüquqi maarifləndirmə, sual-cavab kateqoriyalar üzrə məlumatlar yerləşdirmək mümkündür.

Həzi

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM