Valideyn məsuliyyəti mövzusunda videoçarx hazırlanıb - VİDEO

15:27 | 08.06.2021
Valideyn məsuliyyəti mövzusunda  videoçarx hazırlanıb - VİDEO

Valideyn məsuliyyəti mövzusunda videoçarx hazırlanıb - VİDEO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının qorunması, ailə dəyərlərinin, uşaqlara sevgi, diqqət və qayğı dolu münasibətin təbliği məqsədi ilə mütəmadi olaraq maarifləndirmə kampaniyaları həyata keçirilir.

Dövlət Komitəsindən bildirilib ki, bu istiqamətdə sosial çarxlar hazırlanaraq ictimaiyyətə təqdim edilir.

Dövlət Komitəsi bu tədbirlərin davamı olaraq Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində "Övladınızın ən yaxın sirdaşı olun!” adlı növbəti sosial videoçarx hazırlayıb.

Uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun sağlam ailə mühitində, məhəbbət və anlaşma şəraitində böyüməsi çox vacibdir. Bildirilib ki, xoşbəxt ailədə xoşbəxt uşaqlar böyüyür və gələcəyimiz onları necə yetişdirməyimizdən asılıdır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM