• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

Valyutadəyişmə məntəqələrində niyə dollar tapılmır?

Valyutadəyişmə məntəqələrində niyə dollar tapılmır?
19.01.2015 17:58
Rusiyada rublun məzənnəsinin aşağı düşməsi, eyni zamanda digər qonşu ölkələrdə devalvasiya müşahidə edilir.

Valyutadəyişmə məntəqələrində dolların tapılmaması ölkə vətəndaşları arasında Azərbaycanda da bu halın ola biləcəyi ilə bağlı müəyyən fikirlərin formalaşması ilə bağlıdır.

Bu sözləri Oxu.Az-a iqtisadçı-alim Vüqar Bayramov valyutadəyişmə məntəqələrində dolların tapılmamasının səbəblərini izah edərkən bildirdi.

Ekspert qeyd edir ki, artıq ötən ilin dekabr ayının 2-dən bu hal özünü göstərir:

"Psixoloji olaraq, təəssüf ki, dolların manata təsiri artmaqdadır. Dolların manata təzyiqi artması Mərkəzi Bank tərəfindən aylıq olaraq, pul dövriyyəsinə 1,3 milyard dollar vəsaitin çıxarılmasına səbəb olub. Praktiki olaraq, Mərkəzi Bank dolları dövriyyəyə daxil edərək, manatı dövriyyədən çıxartmaqla çalışır ki, dollara olan tələbatın ödənilməsinə nail ola bilsin, amma dollara olan tələbat kifayət qədər yüksək olduğu üçün təəssüf ki, indiki məqamda bunu etmək mümkün deyil”.

İqtisadçı-alimin sözlərinə görə, bunun səbəbləri sırasında dünya bazarlarında neftin qiymətinin düşməsini də əlavə etmək olar:

"Neftin dünya bazarlarında qiymətinin aşağı düşməsi Azərbaycanın neft satışından əldə etdiyi gəlirlərin azalmasına gətirib çıxarır. Adətən Dövlət Neft Fondu neft satışından əldə etdiyi vəsaiti dollar şəklində bazara çıxararaq satırdı. Bu da Dövlət Neft Fondu tərəfindən dollar təklifinin yaranmasına səbəb olurdu. Bu təklif azalıb. Yəni ölkəyə daxil olan, satışa çıxarılan dollar kütləsi azalıb. Bazarda dollara tələbat artıb, təklif isə azalıb, çünki ölkəyə daxil olan dollar  kütləsi azalmaqdadır”.

Manatın məzənnəsi ilə bağlı proqnoz verən ekspert bildirir ki, bütün hallarda nəzərə alsaq ki, ölkə başçısı manatın məzənnəsinin stabilliyi ilə bağlı bəyanat verib, bunlar birmənalı şəkildə deməyə əsas verir ki, manatın məzənnəsi ilə bağlı hər hansı bir narazılıq yoxdur.

"Güman olunur ki, manat yaxın vaxtlarda da öz stabilliyini qoruyub saxlayacaq”.

V.Bayramov proqnozlaşdırır ki, buna rəğmən psixoloji olaraq dollara tələbatın yaxın günlərdə də artacağı gözlənilir”.

Ekspert onu da bildirdi ki, adətən şənbə, bazar, bazar ertəsi günləri valyutadəyişmə məntəqələrində dolların tapılmaması müşahidə edilir.

"Çünki həmin dövrlərdə, valyutadəyişmə məntəqələrinə dolların payında azalmalar var. Mərkəzi Bank çalışır ki, dollara olan tələbatın bir hissəsini ödəsin, amma təbii ki, dollara tələbat psixoloji olaraq çox yüksək olduğu üçün hələlik Mərkəzi Bankın addımları tələbatı ödəməyə imkan vermir. Ona görə də yaxın günlərdə bunun davam edəcəyi proqnozlaşdırılır, lakin güman olunur ki, neftin qiyməti stabilləşərsə, yanvarın sonuna doğru bu problem tədricən aradan qalxacaq”.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
İqtisadiyyat 15:41
Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
İqtisadiyyat 12:59
Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlanıb
Ölkədə sənaye istehsalı 2 % azalıb
İqtisadiyyat 12:50
Ölkədə sənaye istehsalı 2 % azalıb
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb
İqtisadiyyat 12:34
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
İqtisadiyyat 12:13
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
Azərbaycanda istehlakçılara 94 milyon manat ƏDV geri qaytarılıb
İqtisadiyyat 11:40
Azərbaycanda istehlakçılara 94 milyon manat ƏDV geri qaytarılıb
Azərbaycan neftinin qiyməti 76 dolları keçib
İqtisadiyyat 09:50
Azərbaycan neftinin qiyməti 76 dolları keçib
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:17
Bu günə olan məzənnə açıqlanıb
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
İqtisadiyyat 15:13
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol