"Herenven"in baş məşqçisi Marko Van Basten mövsümün sonunda Hollandiya klubundan ayrılacaq.Qol.Az-ı n xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rəhbərlik əfsanəvi futbolçunu komandada saxlamaq istəsə də, o, mövsümün sonu başa çatacaq müqaviləsini yeniləmək istəməyib.Qeyd edək ki, Van Basten 2012-ci ildə "Herenven"lə iki illik sözləşmə imzalayıb. Ötən mövsüm komanda ölkə çempionatını 8-ci pillədə tamamlayıb
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !