Məşhur holland rəssam Vinsent Van Qoqun ölümü haqda şok iddia irəli sürülüb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, odlu silahla yaralanma mövzusunda tibb eksperti olan Vincent Di Maio dünya şöhrətli rəssamın hamının bildiyi kimi özünü sinəsindən vurmasını mümkün olmadığını deyib. O, rəssamın bədənindəki ölümcül yaraların özü tərəfindən açılan atəş nəticəsində yaranmadığını bildirib. Di Maio sol tərəfindən vurulan Van Qoqun özünü sol əli ilə vurmasının çox çətin olduğunu, başqa bir şəxsin silahı tutduğunu və onu öldürdüyünü iddia edib: "O, özünü vursaydı barmaqlarında yanıq izləri olardı. Ancaq belə bir şey olmayıb".Qeyd edək ki, holland rəssamın 1890-cı ildə intihar etdiyi hamıya məlumdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !