Kanadanın Vankuver şəhərində yaşayan azərbaycanlı icmanın təşkilatçılığı və Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) texniki dəstəyi ilə Qarabağ üçün həmrəylik nümayişi və Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq yürüş keçirilib.
Aksiyada "Qarabağ Azərbaycandır”, "Erməni təcavüzünə son”, "Mülki insanlar toxunulmazdır”, "Uşaq ölümünə son qoyun”, "Gəncə üçün dua et”, "Erməni terroruna son” kimi şüarlar səsləndiriblər.
Kanadada yaşayan dost xalqların nümayəndələri də öz bayraqları ilə aksiyaya qoşularaq Azərbaycana dəstəklərini nümayiş etdiriblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !