Dünyaca məşhur görücü Vanqanın verdiyi digər məşhur bir proqnoz ABŞ-ın məhv olması ilə bağlıdır. Süjet rus millətçiləri tərəfindən hazırlanıb. Süjetin ABŞ əleyhinə təbliğat vasitəsi kimi hazırlanmasına baxmayaraq, videoda təqdim edilən faktların hər birinin reallığı əks etdirməsi kifayət qədər maraq doğurur. Məşhur kor ekstrasens Vanqa Amerikanın çökməsi ilə bağlı 1979-cu ildə verdiyi proqnozda ölkənin iqtisadi böhranlar içərisində qıvrılacağı bildirilir. O, hazırda hakimiyyətdə olan Barak Obamanın ABŞ-ın son güclü lideri olacağını söyləyir. “Ağ evə “qara adam” gələcək. Bu ölkə üçün son prezident olacaq. Çünki Amerika donacaq və ağır iqtisadi böhranın qucağına düşəcək. Hətta cənub və şimal ştatlarına da bölünə bilər”. Video müəllifləri daha sonra mediadan müxtəlif faktlar gətirməklə özlərinin fikirlərinin doğru olduğunu göstərməyə çalışırlar.
“Axar.az” Vanqanın 2011-2016-cı illəri əhatələyən proqnozları ilə bağlı ikinci süjeti təqdim edir.
)
Bizi sosial şəbəkələrdə izləyin !