Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi polis polkovnik leytenantı Vaqif Əsədov kulis.az-a müsahibə verib. Müsahibəsində çox şeydən danışan Vaqif Əsədov spirtli içkilərdən də söz açıb: “Toydan-toya spirtli içkidən istifadə edirəm. Aludəçi deyiləm, Çox istərdim ki, spirtli içkilərə meylli olanlar qaraciyərini düşünsünlər. Siz özünüz də bilirsiz ki, bu gün avtonəqliyyat vasitələrini içkili halda idarə etmənin cəzası çox ağırdır. Ciyərlərini düşünməyən şəxslər, heç olmasa bunu düşünsünlər. Mənim evdə spirtli içkilərdən ibarət böyük kolleksiyam var. Kolleksiyamda bir çox ölkələrdən gətirilən konyaklar, şərablar, viskilər yer alır”Polkovnik leytenant Vaqif Əsədovun spirtli işki kolleksiyasını təqdim edirik:
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !