Vaqif Səmədoğlu əməliyyat olunmayacaq

12:14 | 03.12.2013
Vaqif Səmədoğlu əməliyyat olunmayacaq

Vaqif Səmədoğlu əməliyyat olunmayacaq

"Səhhəti normaldır"

“Əməliyyat gözlənilmir, ancaq müalicə prosesi keçəcək. Hər gün əlaqə saxlayırıq, səhhəti normaldır” – Vaqif Səmədoğlunun səhhəti ilə bağlı ailəsindən Kulis.Az-a verilən məlumatda belə deyilir. Hazırda İsrailin paytaxtı Tel – Əviv şəhərində müalicə olunan Vaqif Səmədoğlunun ölkəyə nə vaxt qayıdacağı ilə bağlı isə dəqiq xəbər yoxdur.

 

Xalq şairi Vaqif Səmədoğlu bədxassəli şişdən əziyyət çəkir.

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müalicə xərclərini öz üzərinə götürməsindən sonra Vaqif Səmədoğlu iki gün əvvəl İsrailə yola düşüb.

 

Vaqif Səmədoğlu 1939-cu ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasında təhsil alıb. 1968-71-ci illərdə Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasında incəsənət redaksiyasının müdiri, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışıb.

 

II və III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM