Vaqif Səmədoğlu: “Xaricdəyəm, müalicə olunmağa başlamışam”

18:15 | 06.12.2013
Vaqif Səmədoğlu: “Xaricdəyəm, müalicə olunmağa başlamışam”

Vaqif Səmədoğlu: “Xaricdəyəm, müalicə olunmağa başlamışam”

Bir müddət öncə xərçəng xəstəliyi aşkarlanan xalq şairi Vaqif Səmədoğlu hazırda xaricdədir. O, artıq müalicə olunmağa başlayıb. Bunu Modern.az saytına açıqlamasında xalq şairinin özü bildirib.V. Səmədoğlu onun üçün narahat olan insanlara təşəkkür edib: “İndi babatam, xaricdəyəm müalicə olunuram. Türkiyədə deyiləm. Başqa yerdəyəm. Hamınız çox sağ olun. Sizlərə minnətdarlığımı bildirirəm”.Xalq şairi harda müalicə olunduğunu demədə də, onun İsrailə getdiyi barədə xəbər verilib.Azərbaycan prezidentinin şairin müalicə xərclərini öz üzərinə götürməsindən sonra dekabrın 1-də o, İsrailə gedib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb