Vaqif Mustafazadənin 75 illik yubileyi münasibətilə "Vaqifsayağı” caz festivalı keçirilib.
ANS PRESS-in məlumatına görə, festival martın 16-da "İçərişəhər”də keçirilən festival ölkənin tanınmış və gənc caz ustalarının iştirakı baş tutdu. İki hissədən ibarət olacaq "Vaqifsayağı” ənənəvi caz festivalı Vaqif Mustafazadənin məzarını ziyarətlə start götürdü, qonaqlar və media nümayəndələri "İçərişəhər”də sənətkarın ev muzeyində xatirə günü keçirdilər.
Qonaqlar Vaqif Mustafazadənin ev-muzeyində nadir eksponatlarla tanış oldular.
Festivalda caz ustaları Vaqif Mustafazadənin ifa etdiyi mahnıların müəyyən hissəsini eyni tərzdə, digər bir parçasını isə özünəməxsus şəkildə ifa etdilər.
Akif Süleymanbəyli, İlham Nəcəfov, Zaur Mirzəyev və başqa tanınmış caz ustaları, eləcə də müğənni Sevda Ələkbərzadə, Eyyub Yaqubov və Tünzalə Ağayeva festivala xüsusi rəng qatıb.
Festivalda ən maraqlı məqamlardan biri isə tamaşaçıların, festival iştirakçılarının tədbirin ruhuna uyğun olaraq Vaqifsayağı görkəm alması – onun simasını əks etdirən formada saç düzümü, parik, bığ taxması olub.
Qeyd edək ki, "Vaqifsayağı” caz festivalı Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Azərbaycan Dövlət Filarmoniyasının texniki dəstəyi və "Voice of Azerbaijan” televiziya agentliyinin təşkilatçılığı baş tutub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !