“Vaqner”çilərin məzarlığında qəbirlərin sayı 7 dəfə artıb

20:30 | 25.01.2023
“Vaqner”çilərin məzarlığında qəbirlərin sayı 7 dəfə artıb

“Vaqner”çilərin məzarlığında qəbirlərin sayı 7 dəfə artıb

Ukraynadakı müharibədə iştirak edən Rusiyanın "Vaqner" qruplaşması üzvlərinin basdırıldığı məzarlıqda qəbirlərin sayı 7 dəfə artıb.
 
Bunu ABŞ-ın "The New York Times" nəşri mənbələrinə istinadən yazıb.
 
Məlumata görə, Rusiya prezidenti Vladimir Putinin aşpazı Yevgeni Priqojinin hərbi şirkətinin əməkdaşlarının dəfn olunduğu Krasnodar diyarında yerləşən məzarlığında son iki ay ərzində yeni qəbirlər kütləvi şəkildə artıb.
 
"2 ayda bu məzarlıqda dəfn olunanların sayı 7 dəfə artıb", - deyə nəşr qeyd edib.
 
 "Vaqner"çilərin Ukraynadakı müharibəyə geniş şəkildə cəlb olunması ilə bağlı çoxsaylı faktlar yayılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb