Bu gün Nəsimi Rayon Məhkəməsində vaqon bələdçilərinin “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımalar Departamentinə, həmin cəmiyyətin Həmkarlar İttifaqı Təşkilatına və Bakı Vaqon Deposuna qarşı iddiaları əsasında məhkəmənin hazırlıq iclası keçirilib.APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışının vaxtı fevralın 5-nə təyin edilib. Qeyd edək ki, vaqon bələdçiləri əmək haqlarında olan ayrı-seçkiliyin aradan qaldırılması, sosial müdafiənin təmin olunması, qanunvericiliyə əməl olunması və bu vəzifələrin cavabdehə həvalə olunması barədə iddia ilə məhkəməyə müraciət ediblər. Bir neçə gün əvvəl vəzifələrinin dəyişdirilməsinə etiraz edən kişi vaqon bələdçiləri etiraz aksiyası keçiriblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !