Ukraynada təmir olunub gələn 80 vaqon istilik və kanalizasiya sistemi ilə təmin olunub. Eyni zamanda kondisionerlərlə də quraşdırılıb.
Bunu ANS PRESS-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmədov deyib.
Mətbuat xidmətinin sözlərinə görə, bu yeniliklər Bakı –Tiflisi, Bakı-Xarkov istiqamətində hərəkət edən qatlardadır. Ukrayanaya təmirə göndərdiyimiz qatarlarda da istlik kanalizasiya sistemi və kondisionerlə təmin olunacaq. Həmçinin ölkə daxilində hərəkət edən qatarlarda da bu yeniliklər gözlənilir.
Bundan başqa Bakı Şərnişin Stansiyasında təmir işlərinin getdiyindən danışan Nadir Əzməmədov bildirir ki, Bakı -Biləcəri- Sumqayıt yolunda gələcəkdə sürətli qatarların fəaliyyəti ilə bağlı olaraq təmir işləri davam edir. 63 km uzunluğunda yol əsaslı təmir olunmalıdır. Artıq onun 5 km təmir olunub. Eyni zamanda, Keşlə, Biləcəri, Xırdalan və Güzdək stansiyasının qatarları Bakı -Sumqayıta girməməsi üçün 1,6 km uzunlğunda yol çəkilməsi planlaşdırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !