Vardanyanın həbs qətimkan tədbirinin müddəti uzadılıb

12:10 | 25.01.2024
Vardanyanın həbs qətimkan tədbirinin müddəti uzadılıb

Vardanyanın həbs qətimkan tədbirinin müddəti uzadılıb

Dövlət Təhlükəsizliyi Xidməti separatjı rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.  uzadılıb. Bu barədə Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə  ittiham irəli sürülüb.
 
2023-cü il sentyabrın 27-də Azərbaycan Sərhəd Xidmətinin əməkdaşları Laçında Qondarma rejimin saxta nazirini Ermənistana gedərkən saxlayıb və Bakıya gətirərərək aiddiyatı quruma təhvil verdiklərini açıqlayıblar. 

Vardaryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100, 101-ci maddələrində nəzərdə tutulmuş "Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma” və "Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar” maddəsi ilə 15 il və ya daha çox həbs oluna bilər. 

Ruben Vardaryan Qarabağdakı vəzifəsindən fevralda istefa verib. O bu vəzifəyə 2022-ci il gətirilmişdi. 

Forbes jurnalına görə, Vardanyanın 1 milyard dolları var. 2021-ci ilin sonuna sahibkar Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutub. 2020-ci ildə isə o, bu siyahıda 103-cü yerdə idi.
 
Aytac Zeynalova



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM