Ötən gün Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün xidməti yaşayış binasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.Tədbirdə çıxış edən baş leytenant Orxan Seyidov deyib ki, Daxili Qoşunların Naxçıvan Alayı yarandığı vaxtdan etibarən diqqət və qayğı ilə əhatə olunub. Alay müasir texnika, silah-sursat və avadanlıqla təchiz edilib. Döyüş hazırlığı yüksəldilib. Hərbi hissədə xidmətin təşkili üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə imkan verir. Hərbi qulluqçuların xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər isə onların sosial problemlərinin həlli baxımından mühüm əhəmiyyət daşıyır.Göstərilən dövlət qayğısına cavab olaraq şəxsi heyət qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində, sabitliyin və əmin-amanlığın qorunmasında səylə çalışacaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək deyib. Ölkəmizdə insan amilinə yüksək qiymət verilir. Vətəndaşların sosial müdafiələrinin gücləndirilməsi, onların lazımi yaşayış şəraiti ilə təmin olunmaları diqqət mərkəzində saxlanılır. Bu gün Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyəti üçün xidməti yaşayış binası istifadəyə verilir, zabit-gizir ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bütün bunlar Azərbaycanda mövcud olan dövlət-xalq birliyinin nəticəsidi.“Hər bir ölkənin inkişafında başlıca amil daxili sabitlikdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, Daxili Qoşunlar ölkəmizdə sabitliyin qorunması, cinayətkar və digər hüquqazidd qüvvələrə qarşı mübarizə aparmaq məqsədilə yaradılıb. Bu gün Azərbaycanda sabitlik və inkişaf vardı. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin yolunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində mümkün olub. Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyəti üçün xidməti yaşayış binasının istifadəyə verilməsi də inkişaf və sabitliyin, eləcə də dövlətimiz tərəfindən vətəndaşlara göstərilən qayğının daha bir nümunəsidi.Qeyd olunub ki, dövlətə sədaqətlə xidmət etmək qarşıya qoyulan vəzifələrin uğurlu icrasından başlayır. Ona görə də zabit və gizirlər göstərilən dövlət qayğısına öz xidməti vəzifələrini layiqincə yerinə yetirməklə cavab verməlidirlər.Ali Məclisin sədri Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyətinə dövlətçiliyimizin möhkəmləndirilməsində və qorunmasında uğurlar arzulamış, onları yeni xidməti mənzillərlə təmin olunmaları münasibətilə təbrik edib.Sonra Ali Məclisin sədri mənzillərin orderlərini və açarlarını təqdim edib. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olub.Məlumat verilib ki, 12 mənzilli yaşayış binası 3 mərtəbədən ibarətdir. Binada yenidənqurmadan sonra elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənmiş, bütün evlər qızdırıcı ilə təmin olunmuş, havalandırma sistemləri quraşdırılıb. İki və üçotaqlı mənzillərdə zabit ailələrinin məişət şəraitinin yaxşılaşdırılması üçün lazımi infrastruktur yaradılmış, məişət əşyaları qoyulub.Daxili Qoşunların Naxçıvan Alayının zabiti, mayor Elnur Talışov və ailə üzvləri yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.Qeyd olunub ki, muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər Daxili Qoşunların Naxçıvan Alayını da əhatə etmiş, xidmətin təşkili və şəxsi heyətin həyat şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb. Son illər alayda xidməti vəzifələrini yerinə yetirən zabitlərin və onların ailə üzvlərinin həyat səviyyəsi daha da yaxşılaşdırılıb. Sosial müdafiələrinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Bina bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunub. Həyətdə abadlıq və yaşıllaşdırma işləri görülüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !