Vasif Talıbov yarmarkada - FOTOLAR

11:00 | 28.09.2014
Vasif Talıbov yarmarkada - FOTOLAR

Vasif Talıbov yarmarkada - FOTOLAR

Naxçıvan şəhərindəki Mərkəzi bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilib. 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yarmarkaya gəlib, alıcılar və məhsul istehsalçıları üçün yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, yarmarkaya muxtar respublikanın özəl müəssisələrində istehsal olunmuş ərzaq malları və ayrı-ayrı rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsulları çıxarılıb. 

“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində muxtar respublikada meyvə və tərəvəz məhsullarının istehsalı xeyli artıb.

Ali Məclisin sədri öz məhsullarını bazara çıxaran torpaq mülkiyyətçiləri ilə görüşüb, muxtar respublikada əkinçiliyin inkişafı üçün yaradılan şəraitdən səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.

Yarmarkaya muxtar respublika üzrə ümumilikdə 265 təsərrüfat subyekti tərəfindən 146 adda, 240 çeşiddə məhsul çıxarılıb və bazar qiymətlərindən 15-20 faiz ucuz satılıb. 

Ali Məclisin sədri yarmarkaların davam etdirilməsi, daxili bazarın qorunması, tələbatdan artıq istehsal olunan məhsulların soyuducu anbarlara təhvil verilməsi, kənd təsərrüfatı və sənaye məhsullarının keyfiyyətinin daim nəzarətdə saxlanılması barədə tapşırıqlar verib.

AzərTac

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM