anews.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Vasif Talıbov sentyabrın 15-də bir müddət əvvəl Naxçıvan MR-in daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək.
Seymur Talıbovla Fazil Ələkbərovun qızı 2015-ci ildə nişanlanmış, həmin vaxt F.Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tutsa da, hazırda muxtar respublikanın daxili işlər naziridir.
Seymur Talıbov MR Ali Məclisinin üzvü,”Naxçıvan” Universitetinin prorektoru vəzifəsində çalışır.
Bizimyol.info baş tutacaq bugünkü toy məclisinin bəyi Seymur Talıbovla əlaqə saxlayıb. O, toy məclisinin ailə daxilində keçiriləcəyini bildirib.
"Toy mərasimi sadə, milli adət-ənənələrə uyğun, ailə daxilində keçiriləcək. Əlavə heç nəyə ehtiyac yoxdur. Allah bütün ailə həyatı quranları xoşbəxt eləsin!!!”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !