Naxçıvan-Sədərək avtomobil yolunun kənarında - Kəngərli rayonunun Xok kəndi ərazisində yeni badam bağı salınıb.
"Qafqazinfo” xəbər verir ki, bağın salınması ilə bağlı keçirilən iməclikdə NMR Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kəngərli Rayon İcra Hakimiyyətinin kollektivləri iştirak edib. Badam bağının sahəsi 6 hektardır. İməcilik iştirakçıları ərazidə 3 mindən artıq yerli badam tingi əkiblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !