Vasif Talıbovun oğlu vəzifəsindən azad olunub - İDDİA - RƏSMİ AÇIQLAMA

12:14 | 30.11.2022
Vasif Talıbovun oğlu vəzifəsindən azad olunub - İDDİA - RƏSMİ AÇIQLAMA

Vasif Talıbovun oğlu vəzifəsindən azad olunub - İDDİA - RƏSMİ AÇIQLAMA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin (NDU) prorektoru vəzifəsindən azad edilməsi haqqında sosial şəbəkələrdə məlumat yayılıb.
 
Məsələ ilə bağlı Naxçıvan Dövlət Universitetinin mətbuat katibi Səadət Əliyeva anews.az-a açıqlamasında bildirir ki, yayılan məlumatları həqiqəti əks etdirmir. Bu barədə məlumat yoxdur.
 
Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru vəzifəsində çalışır.
 
Seymur Talıbov 2011-ci ilin yanvarından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim işləyir. 2012-ci ildən Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq üzrə qiyabi doktorant olub. 2017-ci ildən isə NDU-nun dosentidir.
 
Eyni zamanda Seymur Talıbov "Naxçıvan" Universitetinin təsisçisidir.

Talıbov 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

 
Aytac Zeynalova
 

 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM