Vasif Talıbovun oğlu xanımına mahnı həsr etdi - VIDEO

14:35 | 28.09.2017
Vasif Talıbovun oğlu xanımına mahnı həsr etdi - VIDEO

Vasif Talıbovun oğlu xanımına mahnı həsr etdi - VIDEO

Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov toyu üçün mahnı yazıb. 

anews.az "qafqazinfo"ya istinadən xəbər verir ki, "Bu gün bizim günümüzdür” adlı bəstəni müğənni Zamiq Hüseynov ifa edib. Müğənni sosial şəbəkədə sözügedən mahnını paylaşaraq belə yazıb:

"Əziz dostlar, bu yaxınlarda mənə çox əziz olan, hörmət etdiyim bir insanın özəl gününə mahnı hazırladıq. Çoxsaylı zəng və mesajlarınızı nəzərə alıb həmin mahnının bütöv versiyasını təqdim edirəm.

Mahnının sözləri Seymur Talıbova, musiqisi isə Hakan Erola məxsusdur”. 

Qeyd edək ki, mahnı ilk dəfə S. Talıbovun toyunda səsləndirilib. 

Xatırladaq ki, S. Talıbov sentyabrın 15-də Naxçıvan daxili İşlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti