Vasif Talıbovun qohumları koronavirusa yoluxdu?

15:31 | 06.04.2020
 Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qohumları koronavirusa yoluxub,  bu barədə məlumat sosial şəbəkədə yer alıb. 
 
"Muxtar respublikada virusa yoluxma faktı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qohumlarında da qeydə alınıb. Belə ki, virusa yoluxanlar arasında Vasif Talıbovun Aralıq kənd sakini olan 1968-ci il təvəllüdlü əmisi nəvəsi və onun ailə üzvləri də var. Etika xatirinə həmin şəxslərin ad və soyadlarını yazmıram.Virusun mənbəyi İrandır və Naxçıvanda virusa ilk yolixma faktı Talıbovun əmisi nəvəsinin Xök kəndindən olan və bir müddət əvvəl İrandan qayıtmış baldızında qeydə alınıb. Həmin şəxs baldızı İrandan qayıtdıqdan sonra onun karantinə alınmasına imkan verməyib, qadın bir müddət Vasif Talıbovun əmisi nəvəsinin kənddəki lavaş sexində işləyib. Hazırda kənddə virusa daha çox adamın yoluxmuş ola biləcəyi ilə bağlı narahatlıqlar var".
 
Həmin mənbənin verdiyi məlumata görə, Naxçıvanın MR Şərur rayonu Aralıq kənd xəstəxanasının baş həkimi Asəf Tağıyevin koronavirus pandemiyası  ilə bağlı işdən uzaqlaşdırılıb.  

Bu gün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi  18 nəfərdə belə bir virusun aşkarlandığını, onlardan 17 nəfərinin xüsusi rejimli xəstəxanada müalicələrini davam etdirdiyini təsdiq edib.

 
Bu məsələ ilə bağlı Muxtar Vilayətin rəhbərliyindən münasibət ala bilmədik. Açıqlama alan kimi, məlumata əlavə etməyə hazırıq. 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM