Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında irəliləyişlər əldə olunub -Metyu Miller

07:59 | 16.07.2024
Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında irəliləyişlər əldə olunub -Metyu Miller

Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında irəliləyişlər əldə olunub -Metyu Miller

Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici nazirlərinin görüşündə tərəflər irəliləyiş əldə edib. Bunu ABŞ dövlət katibinin sözçüsü Metyu Miller deyib.

Miller bu irəliləşinin detallarını açıqlamaqdan imtina edib.

"İki ölkə arasında sülh sazişi onlar üçün, eləcə də regionda sülh, sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edəcək. Biz hesab edirik ki, razılığa gəlmək mümkündür, lakin bu, hər iki tərəfdən çətin qərarlar qəbul etməyi və ciddi kompromislərə getməyi tələb edir”, - Miller bildirib.


Onun sözlərinə görə, Vaşinqton yekun razılaşmanın əldə edilməsinə və fikir ayrılıqlarının aradan qaldırılmasına töhfə verməkdə davam edəcək.
Bundan əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi istiqamətində açıq sualların sayı xeyli məhdudlaşıb.

İyunun 20-də Ermənistan Azərbaycanla yaxın bir ay ərzində sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. 

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlament rəhbərlərini qəbul edərkən deyib ki,  Ermənistan Konstitusiyasını dəyişdirmədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması mümkün deyil. 
 
Daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan mətbuata bildirib ki, Ermənistan noyabra qədər sülh sazişinin imzalanması ideyası ilə razıdır.  

İyunun  4- də Ermənistan XİN Azərbaycan tərəfdən "Sülh müqaviləsi"nin 9-cu nəşri layihəsi  ilə bağlı təkliflər aldığını deyib.
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 
 
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib.  

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 

 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti