18 iyun tarixində Vaşinqton şəhərində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi və Amerika Birləşmiş Ştatlarının Ticarət Palatasının birgə təşkilatçılığı ilə "COP29: Enhancing Ambition, Enabling Action” adlı hibrid formatda tədbir keçirilib.
Səfirlikdən verilən məlumata görə tədbirdə 150-yə yaxın ABŞ dövlət qurumları, diplomatik korpus, özəl sektor, xarici və yerli media orqanlarının nümayəndələri və digər maraqlı tərəflər iştirak edib.
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-a dair yeni inkişaflardan bəhs edərək, Bonn şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının konstruktiv müzakirələrin aparılmasına imkan verdiyini və tərəflərin iqlim dəyişikliyi məsələlərində bir araya gəlməsi üçün əlavə platforma yaratdığını qeyd edib. Y.Rəfiyev Bonn şəhərində keçirilən BMT-nin iqlim konfransı zamanı ölkəmizin COP29 üçün nəzərdə tutduğu baxışı təqdim etdiyini vurğulayıb. Eyni zamanda, ölkə sədrliyimizin əsas məqsədlərindən birinin tərəfləri Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrində yeni və ambisiyalı iqlim maliyyəsi məqsədlərinin müəyyən edilməsinə dəstəyin göstərilməsi olduğunu bildirib. Baş danışıqçı iqlim maliyyəsi məsələlərində dövlət qurumları ilə yanaşı, özəl sektorla birgə əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.
COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Oqtay Məmmədov çıxışı zamanı Azərbaycanda keçiriləcək COP29-la bağlı iştirakçılara logistik və yerləşmə məsələlərinə dair məlumat verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !