10 iyul 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.Bu barədə Azərbaycan XİN - dən bildirilib.
Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.
Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
18:51
Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov,Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş başlayıb.Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bizi sosial şəbəkələrdə izləyin !