BMT-nin Uşaq Hüquqları üzrə Komitəsi Roma kilsəsinə qarşı tənqidi bəyanatla çıxış edib. Komitə Vatikandan uşaqlara qarşı cinsi cinayətlərdə əlaqəsi olan bütün keşişləri və dini xadimlərini tutduqları vəzifədən azad etməyi və onların işini hüquq mühafizə orqanlarına ötürməyi tələb edib. Uşaq Hüquqları üzrə komitə belə qərara Vatikanın təqdim etdiyi hesabatı təhlil etdikdən sonra gəlib. Komitə sədri Kirsten Sandberq bildirib ki, məhz Roma kilsəsinin apardığı siyasət və tətbiq etdiyi praktika, katolik kilsəsindəki cinayətkarların öz cinsi cinayətlərini davam etdirməsinə şərait yaradıb. BMT rəsmisi həmçinin Vatikanın belə pedofiliya hallarının qarşısını almaq üçün lazımı ölçülər götürməməkdə təqsirləndirib. Qeyd edək ki, 2011-ci ildə yaranmış pedofiliya qalmaqalına keşişlərlə yanaşı Roma-katolik kilsəsinin yüksək vəzifəli xadimlərinin də cəlb olunub. Onların uşaqların cinsi zorakılığa məruz qaldığı barədə faktları bilə-bilə, özlərinə tabe olab keşişlərin cinayətlərini ört-basdır etməkdə, zorakılıq faktlarını ictimailəşdirməməkdə ittiham olunur.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !